Maraqlı

Boğazındakı iynə 19 il sonra çıxarıldı - FOTO

25 Fevral 2018 20:09
1 Şərh     Baxış: 2 094
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Manisa şəhərində 22 yaşlı qızın boğazından iynə çıxarılıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Məltəm Cansız adlı qız 3 yaşında olarkən iynə udub və illər ərzində həmin iynə onun boğazında qalıb.

Qız 14 yaşında olarkən üzünün sağ tərəfi, başı və qulağında ağrılar hiss etdiyi üçün həkimə müraciət edilib. Rentgen müayinəsi zamanı onun boğazında iynə aşkarlanıb. Lakin, əməliyyat keçirilsə də, həkimlər iynəni tapa bilməyiblər

M.Cansız 22 yaşında yenidən əməliyyat olunub. Ölüm və ya iflic olma riskinin olduğu əməliyyat bu dəfə uğurla baş tutub və iynəni onun boğzazından çıxarmaq mümkün olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.