Maraqlı

Əri müğənnini silahla yaraladı

25 Fevral 2018 19:39
2 Şərh     Baxış: 1 365
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Pi" ləqəbi ilə tanınan müğənni Pınar Demirkol əri tərəfindən döyülüb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, əri və 7 yaşındakı oğlu ilə İstanbuldakı evində olan ifaçı haqda iddiaları qonşuları da təsdiqləyib. 

Qəfildən əri ilə dava etməyə başlayan Pınar bağçaya çıxaraq nəfəs almaq istəyib. Bu hərəkətə əsəbiləşən Caner arvadına və qızına qışqırmağa başlayıb. 7 yaşındakı qız atasının əlindəki silahı görüb qışqırmağa başlayıb. 

Uşaq "Atamda silah var, birini öldürəcək" deyərək qonşulardan kömək istəyib. Qonşulardan biri kişini sakitləşdirməyə çalışıb. Amma Caner onlarla da dalaşmağa başlayıb. daha sonra hadisə yerinə polislər gəlib. Caner "Yoldaşım silahı atanda qəfildən yaralandı. Ona bir zərər yetirmək istəmərəm" deyərək, özünü müdafiə edib. 

Pınar isə polisə özünün yıxılıb yaralandığını söyləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.