Maraqlı

Gürcüstan məktəblisi 1 milyon dollarlıq qrant uddu

24 Fevral 2018 21:53
0 Şərh     Baxış: 1 344
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın Batumi şəhərində orta məktəbdən məzun olmağa hazırlaşan David Cinçaradze Əbu-Dabidəki Nyu-York Universitetində təhsil almaq üçün ümumi məbləği 1 milyon dollar olan qrant müsabiqəsinin qalibi olub.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Cinçaradzenin özünün bildirdiyinə görə, müsabiqənin şərtlərinə əsasən, Əbu-Dabidəki Nyu-York Universiteti təhsil haqqını, BƏƏ-də yaşayış xərclərini və bütün digər məsrəfləri öz üzərinə götürüb. Bu isə ən azı 1 milyon dollardır.

Universitetdə gürcüstanlı tələbə Politologiya, beynəlxalq əlaqələr və jurnalistikanı öyrənəcək.

Universitet 10 min namizəddən ən layiqli 150 abituriyenti öz tələbəsi olaraq seçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.