Maraqlı

USM hamiləlik zamanı ZİYANLIDIR. Yeni araşdırma

24 Fevral 2018 21:52
0 Şərh     Baxış: 1 453
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tibb aləmində belə hesab olunur ki, USM hamiləlik zamanı tam ziyansızdır və qadın və gələcək uşağa mənfi təsir etmir.

Lakin Boston Universiteti alimlərinin son araşdırması bunu təkzib edib. Araşdırmanın nəticələri JAMA Pediatrics jurnalında dərc olunub.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, alimlər 420 autizm xəstəliyi olan uşağın sağlamlıq haqqında məlumatlarını araşdırdıqdan sonra aşkar ediblər ki, bu uşaqlar sağlam uşaqlarla müqayisədə bətn daxilində daha tez-tez orta və güclü US şüalanmanın təsirinə məruz qalıblar. Söhbət ilk növbədə hamiləliyin 1-ci və 2-ci üçaylığından gedir.

Alimlərin fikrinə görə, bu şüalanma dölün neyronlarına (beyin hüceyrələri) təsir edir ki, daha sonra uşaqda autizmin inkişafının riski xeyli artır.

Son zamanlar bütün dünyada uşaqlar arasında autizm halları artmaqdadır. Həmçinin hamiləlik zamanı USM- dən istifadə də xeyli artıb. Alimlər buna ciddi fikir verməyi tövsiyə edir.

Heyvanlar üzərində aparılmış araşdırmalar sübut edib ki, USM neyronlara mənfi təsir edə bilər. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.