Maraqlı

Viran qalan Quta: dinc insanlara divan tutulur - VİDEO - FOTO

24 Fevral 2018 12:25
7 Şərh     Baxış: 2 078
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir zamanlar Suriya paytaxtı Dəşəqin çiçəklənən və gözəl həndəvəri olan Quta son illərdə yaşam üçün ən təhlükəli məkanlardan birinə çevrilib. Qutanın şərqi isə 5 ildir ki, Suriya prezidenti Bəşər Əsədə müxalif qüvvələrin "alınmaz qala"sıdır.

Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, fevralın 4-də Rusiya aviasiyasının dəstəyi ilə Əsəd qoşunları Şərqi Qutaya hücuma keçiblər. Bu məkan amansızcasına bombalanır, aviasiya və artilleriya zərbələrinə məruz qalır.

BMT-nin insan haqları üzrə ali komissarı Zeyd əl Hüseynin dediyinə görə, son 20 gündə bombardmanlarda ən azı 346 dinc sakin həlak olub, 878 nəfər yaralanıb.

Şərqi Qutanın 400 min sakini Əsəd qoşunlarının mühasirəsindədir.

Bu məkana gedən, ərzaq və dərmanın daşındığı yolların əksəriyyəti bağlanıb. Yerli sakinlər indi, sadəcə, Dəməşqin razılığı ilə daşınan rəsmi humanitar yardımlara bel bağlaya bilərlər.

Şərqi Qutada "Ceyş əl İslam" və "Həyat Təhrir əl Şam" qruplaşmaları fəaliyyət göstərirlər.

Rusiyanın Hava-Kosmik Qüvvələrinin bombardmançı təyyarələrinin Şərqi Qutaya napalm bombaları atdığı da iddia olunur.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Viran qalan Quta: dinc insanlara divan tutulur

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.