Maraqlı

Hülusi Kılıç Moldovada diplomatik missiyasını başa vurur - FOTO

24 Fevral 2018 08:58
0 Şərh     Baxış: 930
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Azərbaycandakı sabiq, Moldovada isə hazırki səfiri Hülusi Kılıç bu ölkədə diplomatik missiyasının başa vurur.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə səfir özünün "Facebook" səhifəsində yazıb.

"Dövlətimə 40 illik xidmətimdən sonra həyatımda yeni mərhələyə qədəm qoyuram. Artıq təqaüdçiyəm və həyatımda ikinci bahar başlayır. Bu vəzifəni layiqincə yerinə yetirmiş olduğum üçün çox xoşbəxtəm və qürur duyuram", - deyə diplomat qeyd edib.

H. Kılıç əlavə edib ki, Moldovanın dövlət orqanlarında bir sıra görüşlər keçirəndən sonra bu ayın sonunda ölkəni tərk edəcək.

Qeyd edək ki, Moldova prezidenti İqor Dodon iki dost ölkə və xalqlar arasında əlaqələrin inkişaf etdirilməsinə verdiyi töhfəyə görə sabiq səfirin "Şərəf" ordeni ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. Ötən gün ali mükafat prezident tərəfindən H. Kılıça təqdim edilib.

Xatırladaq ki, bu ilin yanvarın 1-də 62 yaşına qədəm qoyan səfir H. Kılıç 2016-cı ilin yayından Türkiyənin Moldovadakı diplomatik missiyasına rəhbərlik edirdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.