Maraqlı

“Məhkumun Dilemması” nədir?

24 Fevral 2018 23:50
0 Şərh     Baxış: 1 545
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Sizə Məhkumun Dilemması (Prisoner's Dilemma) adlı maraqlı bir termin haqqında məlumat vermək istərdik.

Məhkumun dilemması qərarların təhlilində paradoksdur. Təsəvvür edək ki, iki dost cinayətdə təqsirkar bilinir və iki ayrı otaqda sorğu-sual olunur. Dostlar ya susa, ya da bir-birlərini günahkar hesab edə bilərlər.

Milli.Az moneta.az-a istinadən bildirir ki, əgər sübut olmadığı halda hər iki dost susarsa, onlar kiçik qayda pozuntularına görə hər ikisi 1 il cəza alacaqdır. Əgər bir dost bütün günahı boynuna alsa, o 3 il cəza alacaq, digəri isə sərbəst buraxılacaqdır. Əgər hər ikisi bir-birlərini günahkar hesab edərsə, hər ikisi 2 il cəza alacaqdır. Onların birlikdə alacaqları cəzaları hesabladıqda onlar üçün ən yaxşı hal əməkdaşlıq etməkdir. Burada iki nəfər öz maraqlarına uyğun davranırlar, buna görə də sonda heç də ürəkaçan olmayan nəticələrlə qarşılaşırlar.

Məhkum Dilemması zamanı hər iki tərəf digərini qurban vermək naminə özlərini müdafiə etməyə çalışır. Sonda isə hər iki tərəf özünü daha pis vəziyyətdə tapır. Əgər tərəflər bir-birlərini qurban vermədən əməkdaşlıq etsəydi, nəticə hər iki tərəf üçün yaxşı olardı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.