Maraqlı

Bu da oldu - aparıcı canlı yayımda doğdu - FOTO

23 Fevral 2018 21:24
1 Şərh     Baxış: 3 058
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Müqəddəs Louis şəhərində  yaşayan və "The Arch" radiosunda aparıcılıq edən Proktor adlı hamilə qadın ilkə imza atıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, övladını keysəriyyə yolu ilə dünyaya gətirmək üçün xəstəxanaya gedən Proktor oranın işçilərindən icazə alaraq radio vasitəsi ilə canlı yayına qoşulub və doğuş anını tamaşaçıları ilə bölüşüb.

"Həyatımın ən həyəcanlı anlarını dinləyicilərimlə paylaşmaq mənə zövq verdi" deyən aparıcının oğlunun adı da canlı yayımda qoyulub.

Proktorun 3 kiloqram 300 qram övladına səsvermə yolu ilə Ceyms adı seçilib. 

Bildirilir ki, Ceymslə məşğul olmaq üçün aparıcı bir müddət radiodan uzaq düşəcək. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.