Maraqlı

Nəvəsi ilə evlənibmiş

23 Fevral 2018 21:54
2 Şərh     Baxış: 2 792
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Florida ştatında ağlasığmaz bir hadisə baş verib. Özündən 44 yaş kiçik bir qadınla evli olan adam keçmiş ailə albomuna baxanda şok həqiqətlə üzləşib. Həmin həqiqət isə qadının onun bioloji nəvəsi olmasıdır. 

Milli.Az musavat.com-a istinadən bildirir ki, 68 yaşlı milyonerlə 24 yaşlı həyat yoldaşı bu həqiqəti üç ay öncə fərq ediblər. Hadisə belə baş verib: ər-arvad köhnə ailə albomuna baxırlarmış. Adam ilk həyat yoldaşından olan və illərdir üzünü görmədiyi oğlunun şəklini arvadına göstərərək, "şəkildəki böyük oğlumdur" deyib. Qadın isə "bu adam mənim atamdır" söyləyib. Hər ikisi bu gerçək qarşısında şoka düşsələr də, boşanmağı düşünmürlər. Cütlük bir evləndirmə agentliyində tanış olub. Kişi həyat yoldaşı ilə evlilik anı barədə bunları deyib: "Onun şəklini ilk dəfə gördüyüm zaman özümü qəribə hiss etdim, dejavu oldum (daha öncə bu anı yaşama hissi). Tanımırdım, amma ailəmdən biri kimi idi sanki".

Maddi problemlər ucbatından 2009-cu ildə ikinci evliliyini də bitirən adam iki il sonra böyük lotereya qazanaraq milyoner olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.