Maraqlı

Qadın makiyajdan istifadə etmirsə...

23 Fevral 2018 21:27
4 Şərh     Baxış: 3 398
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qadınlar müxtəlif səbəblərə görə kosmetik vasitələrdən imtina edirlər. Əgər kosmetikadan imtina ciddi səbəblərə dayanmırsa, o zaman həmin qadının özünə az dəyər verdiyini demək olar.

Belə xanımlar qadınlığın tərəfdarı olmur və özlərinə fikir vermirlər. Səbərləri odur ki, belə xanımların ya az vaxtları olur, ya da tənbəldirlər. Ətraf mühitdən də çox şey asılıdır. Əgər qız uşaqlıq vaxtında yalnız oğlanlarla dostluq edibsə, sonradan kosmetikadan istifadə ona qəribə gəlir. Kişi kollektivində çalışan qadınlar hərdən "daxillərindəki naz-işvəni" unudurlar. Makiyajın yoxluğu feminizmin də əlaməti ola bilər. Kişi ilə eyni səviyyədə olmaq istəyi zərif cinsin bəzi nümayəndələrini kosmetikadan imtina etməyə sövq edir. Bir qayda olaraq, belə qadınlar karyeranı həyatlarında ən dəyərli meyar sayırlar. Dodaq boyasından və tuşdan imtina edirlər.

Milli.Az musavat.com-a istinadən bildirir ki, xüsusilə də eqosentrik qadınlar belə addım atırlar. Belə qadınlar hesab edirlər ki, bütün Yer kürəsi onların ətrafında fırlanır və gözəl görünmək onlar üçün də vacib deyil. "Mən necə varamsa, eləyəm" prinsipilə yaşayan qadınlar da kosmetikaya maraq göstərmirlər. Onlar təbii obraza üstünlük verir və hesab edirlər ki, ətrafdakılarla dürüst olmaq və xarici görkəmi bəzəməklə kişiləri aldatmamaq lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.