Maraqlı

Şirlər iki uşağı parçalamaq istədilər - VİDEO - FOTO

23 Fevral 2018 12:35
0 Şərh     Baxış: 4 809
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dişi şirlər salonunda iki uşağın olduğu Hyundai ş-30 avtomobilinə hücum ediblər. Onlar maşındakı insanları, o cümlədən iki uşağı parçalayıb yemək istəyirdilər.

Maşın tam 50 dəqiqə şirlərin "mühasirə"sində qalıb. Yırtıcılar avtomobilin qapılarını və pəncərələrini cırmaqlayır, şikar kimi gördükləri adamları yemək istəyirdilər.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, olay İngiltərənin Vusterşir qraflığındakı Byuidlidə, Uest-Midlends safari-parkında yaşanıb.

28 yaşlı Cazi Reynolds xanımı, 23 yaşlı Ebi Tuc və iki övladı ilə birlikdə safari-parka yollanmışdı.

Onların maşını parkda hərəkət edərkən şirlər bu avtomobili izləyirdilər.

Uşaqlar avtomobilin arxa oturacağında idilər.

Herefordda yaşayan Cazi deyib: "Şirlərin olduğu yerə yaxınlaşanda onlar qəflətən bizə tərəf qaçmağa başladılar. Dişi şirlər maşınımızı mühasirəyə aldılar, qapıları cırmaqlamağa başladılar. Bir şir isə tullanıb kapota çıxdı vəç maşının qabaq şüşəsini sındıraraq salona girməyə çalışdı. Çox qorxduq".

Ebininin sözlərinə görə, təxminə 50 dəqiqə şirlərin əhatəsində qalandan sonra parkın reyncerləri gələrək onları xilas ediblər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Şirlər iki uşağı parçalamaq istədilər

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.