Maraqlı

Proqramçılar ölən şəxslə əlaqəqurma texnologiyası hazırlayacaqlar

23 Fevral 2018 22:38
0 Şərh     Baxış: 805
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveçli proqramçılar ölən şəxslərin elektron nüsxəsi ola biləcək robot hazırlayırlar.

Milli.Az report.az-a istinadən bildirir ki, mütəxəssislər əvvəlcə mərhumun yaxınlarının və tanışlarının dəfn mərasiminin təşkili ilə bağlı suallarını cavablandıra biləcək nitq proqramı hazırlamaq istəyiblər. Daha sonra proqramçılar, mərhumun səsi ilə danışan və sadə söhbətlər edə biləcək robot hazırlamaq qərarına gəliblər. Neyron şəbəkə verilən sualları tanıyacaq və ölən şəxsin həyatda ikən işlətdiyi ifadələrdən ibarət bazada ona cavab axtaracaq.

Texniki mütəxəssislər İsveçin "Feniks" dəfn bürosu şəbəkəsi ilə birgə işləyir. Şirkət rəhbəri Şarlotta Runiusun sözlərinə görə, indi büro səsləri lentə köçürüləcək və proqramla işlənib hazırlanacaq 10 könüllü şəxs axtarır. Süni intellekt, bu insanların ölümündən sonra onları təqlid edə biləcək.

Şirkətin sonrakı addımı, ölənlərin vizual nüsxəsi olacaq bir robotun hazırlanmasıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.