Maraqlı

"Selfi çəkmək günahdır!" - AMERİKALI DİN XADİMİ

24 Fevral 2018 08:35
8 Şərh     Baxış: 1 756
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı pastor Qreq Medsoz selfini günah adlandırıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, din xadiminin bu barədə bəyanatı "Omaha World Herald" qəzetində dərc edilib.

ABŞ-ın Nevada ştatını Omaha şəhərindən olan din xadimi bildirib ki, selfi günahın səbəbi və nəticəsidir. Onun sözlərinə görə, öz şəklini çəkmək və ümumi olaraq dərc edilməsi təkəbbür, eqoizm, ikiüzlülük və digər mənfi keyfiyyətlərin təzahürüdür.

Medson hesab edir ki, selfidən insanların böyük əksəriyyəti asılıdır, hətta onlar gündə 200 dəfə şəkil çəkməsələr də, belədir.

Qeyd edək ki, sosial şəbəkələrin, xüsusilə də "İnstagram"ın yayılmasından sonra selfi bir şəkil janrı olaraq bütün dünyada olduqca populyar olub. Bir neçə il əvvəl alimlər insanın öz şəklini çəkməsini ciddi xəstəlik kimi qəbul ediblər və bunu internet asılılığı kimi də tanıyıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.