Maraqlı

Dünyanın ən innovativ şirkətinin adı açıqlandı

24 Fevral 2018 08:15
0 Şərh     Baxış: 872
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Apple" şirkəti dünyanın ən innovativ şirkəti elan olunub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu qənaətə məşhur "Fast Company" nəşrinin mütəxəssisləri gəlib.

Onların sözlərinə görə, "Apple" inqilabi texnologiyalarla təchiz olunmuş qacetlər buraxmağa və rəqibləri ilə müqayisədə əhəmiyyətli texnoloji inkişafa imza atmağa nail olub. Naqilsiz "AirPods" qulaqcıqlarının və "iPhone X"un buraxılışı, əlavə reallıq sahəsindəki "ARKit" platforması isə qabaqcıl texnologiyalar sahəsində ciddi tərəqqi kimi qiymətləndirilib.

Mütəxəssislər korporasiyanın aparat və proqram layihələrini, o cümlədən kamera və prosessorların təkmilləşdirilməsini, süni intellekt sahəsindəki fəaliyyətlərini də yüksək dəyərləndiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.