Maraqlı

Bezos yenə varlandı

24 Fevral 2018 08:05
1 Şərh     Baxış: 812
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Amazon" online riteylerinin yaradıcısı və sahibi Ceff Bezos şirkət səhmlərinin qiymətinin ilk dəfə olaraq 1,5 min dolları ötməsindən sonra daha 1,15 milyard dollar zənginləşib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg Billionaries İndex"in məlumatında deyilir.

Fevralın 21-də birjada aparılan ticarətin yekunlarına əsasən "Amazon"un səhmləri 1% bahalaşaraq 1482,92 dollar təşkil edib. Ticarət sessiyası zamanı səhmlərin dəyəri 1503,49 dollara da çataraq ilk dəfə olaraq 1,5 min dolları keçib. İlin əvvəlindən bəri "Amazon"un səhmlərinin dəyərindəki artım 26,5% təşkil edib.

Səhmlərin bahalaşmasından sonra C. Bezosun sərvəti 124 milyard dollara çatıb və o, "Bloomberg"in milyarderlər siyahısında liderliyini möhkəmləndirib. "Microsoft"un yaradıcısı Bill Geyts 91,6 milyardlıq sərvəti ilə 2-ci sırada, investor Uorren Baffet 86,2 milyardla 3-cü sıradadır.

"Forbes"un versiyasına əsasən isə Bezosun sərvəti 122,9 milyard dollardır.

Qeyd edək ki, "Amazon" ABŞ-dan əlavə, Kanada, Çin, Braziliya, Yaponiya və Avropada fəaliyyət göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.