Maraqlı

Facebook-da ZD yeniliyi

24 Fevral 2018 08:21
0 Şərh     Baxış: 569
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Facebook" sosial şəbəkəsi indi "glTF 2.0" formatını dəstəkləyir ki, bu, sözügedən şəbəkənin istifadəçilərinə öz xəbər lentlərində "3D" obyektləri dərc etməyə imkan verəcək.
 
"Yaxın vaxtlarda insanlara rəqəmli obyekti hər bir tərəfdən görməyə və "Facebook"un xəbər xəttində onunla qarşılıqlı əlaqədə olmağa imkan verəcək "3D" postları tətbiq etmişik. Belə postlar toxunuşa dərhal reaksiya verir və məzmunun ekrandan kənara çıxmasına imkan verir" - şirkətin rəsmi saytında bu barədə bildirilib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, istifadəçilər təsviri "maus"un sol düyməsi və ya barmaqla tutub saxlayaraq onu fırlada bilərlər. "3D" postları teksturaların görünüşünü, işıqlandırma sazlamalarını və obyektin renderini dəstəkləyir.
 
"Facebook" "3D" obyektlərin tətbiqi üçün, həmçinin başqa şirkətlərlə əməkdaşlıq edir. Məsələn, indi istifadəçilər "Xperia XZ1" telefonunda "Sony" şirkətinin "3D Creator" proqramı vasitəsilə düzəldilmiş "3D xatirələri"ni paylaşa bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.