Maraqlı

Bu şirkətlər avtomobilləri qoruyacaq

24 Fevral 2018 08:11
0 Şərh     Baxış: 1 100
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnformasiya təhlükəsizliyinin təmini üçün nəzərdə tutulmuş həllərin istehsalçısı "Trend Micro" şirkəti və elektronika istehsalçısı "Panasonic" şirkəti avtomobilləri kiberhücumlardan müdafiə etmək üçün birgə əməkdaşlığa başlayıblar.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, "Panasonic" və "Trend Micro" şirkətləri tərəfindən yaradılacaq birgə həll avtomobilin yolda hərəkətinə nəzarət edən elektron idarəetmə blokuna icazəsiz giriş cəhdlərinin qarşısını almağa kömək edəcək.
 
"Bulud" texnologiyası vasitəsilə fasiləsiz monitorinq aparılacaq. Müdaxilə cəhdləri haqda məlumatlar təhlil və nəqliyyat vasitələrinin mühafizəsi üzrə sonrakı təkmilləşdirmələr üçün "bulud" platformasına göndəriləcək.
 
"Panasonic" şirkəti əməkdaşlıq çərçivəsində icazəsiz giriş hallarının aşkar edilməsi və qarşısının alınması üçün "Control Area Network" ("CAN") texnologiyasını təqdim edəcək, "Trend Micro" şirkəti tərəfindən "əşyalar interneti" üçün həllər isə internetdən daxil olan hücumların aşkar edilməsi üçün avtomobillərin informasiya-əyləncə sistemlərində tətbiq olunacaq.
 
Tərəfdaşlar 2020-ci ildən sonra avtomobillərin kiberhücumlardan müdafiəsi üçün birgə kommersiya həlli təqdim etməyi planlaşdırırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.