Maraqlı

Yeni eyniləşdirmə sistemi yaradılır

24 Fevral 2018 07:22
0 Şərh     Baxış: 546
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tailand İnformasiyalaşdırma Nazirliyi "Omise" şirkəti ilə birgə paylanmış reyestr texnologiyası əsasında şəxsiyyətin eyniləşdirilməsi və ödəmə xidməti üzrə milli sistemin yaradılması üzərində işə başlayıblar. "Omise" tərəfindən hazırlanmış sistemdən internetdə fırıldaqçılığın qarşısının alınması, cinayətkarlığın səviyyəsinin azaldılması, dövlət xidmətləri sistemində şəxsiyyətin eyniləşdirilməsi və onlayn tranzaksiyaların çevik həyata keçirilməsi üçün istifadə etmək planlaşdırılır.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, "Omise" şirkətinin təsisçisi Cun Haseqava tviter bloqunda yazıb ki, tezliklə bütün Tailand vətəndaşları zamanla hər bir kəsin həyatını yaxşılaşdıracaq blokçeyn texnologiyasının üstünlüklərini qiymətləndirə biləcəklər.
 
Tərəflər hələ ki layihənin istifadə tarixini açıqlamayıblar, çünki o, erkən hazırlanma mərhələsindədir. Ehtimal ki, cari ilin sonuna yaxın bu barədə yeni informasiya olacaq, çünki mütəxəssislər məhz o zaman sistemin alfa-versiyasını təqdim etməyi planlaşdırırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.