Maraqlı

Şamaxıda qeyri-adi arı yuvası - VİDEO - FOTO

22 Fevral 2018 18:20
0 Şərh     Baxış: 2 876
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şamaxıda evini təmir edən şəxs maraqlı hadisə ilə qarşılaşıb.

Milli.Az ARB 24-ə istinadən xəbər verir ki, 2 ildir yaşayış olmayan evdə təmir işləri aparılarkən taxtaların arasından maraqlı bir görüntü ortaya çıxıb.

Evdə söküntü işləri apararkən fərqli görünüşlü arı yuvası və yüzlərlə arı ölüsünə rast gələn Şamaxı sakini heyrətə düşüb. Eni 40 sm, uzunluğu 45 sm olan bu yuva, sanki, balıqqulağından hazırlanıb.

Ayaz Babaşov - usta: "45 ildir usta işləyirəm belə şey görməmişəm. Meşədə də görməmişəm bu cür arı yuvası".

Ev sahibi çarəni arıçılardan məsləhət almaqda görüb. 40 ildir arıçılıqla məşğul olan Vəfadar Zahirzadə isə indiyədək bu cür yuvaya rast gəlmədiyini deyir.

Vəfadar Zahirzadə - arıçı: "Vəhşi arılar hazır məhsuldan istifadə edirlər. Palçıqlı, gilli yerdən məmulat götürüb hazırlayırlar".

Arıçı hesab edir ki, bu arı yuvası mütəxəssislərə verilməli və araşdırılmalıdır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Şamaxıda qeyri-adi arı yuvası

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.