Maraqlı

İlk dəfə 30 terabaytlıq bərkcisimli toplayıcı hazırlandı

23 Fevral 2018 08:52
0 Şərh     Baxış: 637
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən tutumlu bərkcisimli toplayıcısı nümayiş olunub.

Milli.Az xəbər verir ki, toplayıcı "Samsung" şirkəti tərəfindən hazırlanıb. Diskin tutumu 30,72 terabayt təşkil edir. 2,5 düymlü standart "kompüter" form-faktoruna aid qurğuya "Full HD" keyfiyyətli 5700-dən çox film yazmaq mümkündür.

Yeni qurğu adi istifadəçilər üçün nəzərdə tutulmayıb. Bu xüsusilə, mexaniki disklərdən daha bərkcisimli, sürətli və səssiz disklərə keçmək istəyən korporativ müştərilər üçün hazırlanıb. Şirkət nümayəndələrinin sözlərinə görə, "PM1643" modeli 1 terabayt tutumlu "NAND" tipli 32 fləş-yaddaş paketindən ibarətdir. Onların hər biri 512 terabayt tutumlu 16 qatlı "V-NAND" çiplərini özündə birləşdirir.

İlkin məlumatlarda supertutumlu diskin "Samsung" şirkəti tərəfindən 2016-cı ilin martında hazırlanan 16 terabaytlıq toplayıcıdan 2 dəfə daha çox tutumlu olduğu qeyd olunub.

"SAS" (Serial Attached SCSI) interfeysinə malik "Samsung" şirkətinin yeni "SSD" toplayıcısı ardıcıl oxunuşda saniyədə 2,1 min meqabayt, yazılmada 1,7 min meqabayt sürət nümayiş etdirir. Müqayisə üçün qeyd edək ki, adi "SATA" interfeysli "SSD" toplayıcısında bu göstəricilər təxminən 550 Mbayt/saniyə təşkil edir.

"PM1643" bərkcisimli toplayıcı modelinin satışa çıxarılma müddəti və qiyməti barədə məlumat verilmir. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.