Maraqlı

Dünyanın ən sədaqətli iti öldü - VİDEO - FOTO

22 Fevral 2018 17:22
3 Şərh     Baxış: 3 832
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Migel Qusman 2005-ci ildə 13 yaşlı oğlu Demiana ad günü hədiyyəsi kimi Elzas çoban iti cinsindən olan küçük almışdı. Demien da küçüyün adını "Kapitan" qoymuşdu.

2006-cı ildə Migel Qusman vəfat edir və dəfn mərasimindən iki gün sonra Kapitan evdən qaçır.

Olay Argentinanın Kordova vilayətindəki Villla Karlos Pas şəhərində yaşanmışdı.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Qusmanlar ailəsi bir həftə sonra qəbristanlığa yollananda Kapitanı mərhum sahibinin məzarı başında görür.

Qəbristanlığın gözətçilərinin dediklərinə görə, hər axşam məzarın yanına gələn Kapitan səhərədək sahibinin "keşiyini" çəkirmiş.

İt bu minvalla 11 il sahibinin məzarından ayrılmır.

Demian sədaqətli iti dəfələrlə evə gətirsə də, Kapitan hər dəfə qaçır, axşamlar qəbristanlıqda qalır, məzarın yanında olurdu.

"Onun yanına gedəndə yaxınlaşır, zingildəyirdi. Sanki ağlayırdı. Atam vəfat edəndə Kapitanı qəbristanlığa aparmamışdıq. Üstəlik, qəbristanlıq evimizdən çox uzaqdadır. Kapitanın atamın məzarını tapması heyrətamizdir", - Demian Qusman deyib.

Qəbristanlığın direktoru Hektor Bakçeqanın dediyinə görə, Kapitan 11 il sərasər hər gecəni qəbristanlıqda, sahibinin məzarının yanında keçirib. O, məzarın yanına uzanıb yatırdı.

Kapitan ötən həftə ölüb.

Argentina mediası Kapitanı "Dünyanın ən sədaqətli iti" adlandırıb.

Yaponiyada da analoji hadisə yaşanmışdı. Akita-inu cinsindən olan Haçiko adlı köpək sahibi Hidesaburo Ueno 1925-ci ilin mayında vəfat edəndən sonra düz 9 il sərasər sahibini Tokiodakı dəmiryol vağzalında gözləmişdi.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Dünyanın ən sədaqətli iti öldü

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.