Maraqlı

Dünyanın ən dəqiq işləyən saatı haradadır?

21 Fevral 2018 23:24
0 Şərh     Baxış: 1 483
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskvada 300 milyon il ərzində bir saniyə xəta ilə işləyən saat yaradılıb. Milli.Az musavat.com-a istinadən bildirir ki, unikal mexanizm rusiyalı alimlər tərəfindən yaradılıb. Onların sözlərinə görə, bu, dünyada ən dəqiq işləyən saatdır, həmçinin əbədi mühərrikdir, çünki onu işə salmaq lazım deyildir. Saatda rəngli spektral zolaq siferblat rolunu yerinə yetirir.

Qurğu müxtəlif texnologiyalarda əldə edilmiş tərəqqidən geri qalmamaq üçün lazımdır. Məsələn, müasir "GPS" məkanda lazımi nöqtənin mövqeyini uzun müddət ərzində müəyyənləşdirdiyinə görə üç metrədək məsafədə səhvə yol verir. Belə dəqiqlik isə sürücüsüz avtomobilin yaradılmasında əlverişli deyil. Atom saatı isə bu məsələnin həllində kömək edə bilər.

İlk atom saatı hələ 1968-ci ildə düzəldilsə də, ancaq indiyədək onların geniş tətbiqi məhdudlaşdırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.