Maraqlı

Dubayda möhtəşəm kompleks tikilir - FOTO

21 Fevral 2018 12:11
6 Şərh     Baxış: 3 590
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində inşası dörd il əvvəl başlanmış "Royal Atlantis Resort & Residences" kompleksi ilə bağlı işlərin bitməsinə az qalıb.

Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, lüks apartamentlər və otel nömrələrindən ibarət kompleksdə satışa çıxarılmış mənzillərin ən ucuzu 2,2 milyon dollardır.

Kompleksdə 795 otel nömrəsi, spa-mərkəz, trenajor zalları və dəbdəbəli restoranlar da var.

Ərəb Dənizinin sahilindəki bu kompleks 2019-cu ilin sonlarında istifadəyə veriləcək.

Ətrafında 90 hovuzun və fəvvarələrin olacağı kompleksdəki 231 superlüks mənzilin tam əksəriyyəti artıq satılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.