Maraqlı

"Telegram"ın işində qüsurlar yarandı - Nə baş verir?

20 Fevral 2018 21:00
0 Şərh     Baxış: 509
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Telegram" messencer xidmətinin istifadəçiləri proqramın işində qüsurlarla qarşılaşıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, messencerdə ismarıcların göndərilməsi və alınması prosesində ləngimələr qeydə alınıb.

Qüsurlar həm "Telegram"ın veb-versiyasında, həm də "Telegram" və "Telegram X" mobil tətbiqlərində müşahidə olunub.

Qeyd olunur ki, bu qüsurlarla əsasən İtaliya, İspaniya və Fransadakı istifadəçilər qarşılaşıb.

Qeyd edək ki, problem Azərbaycanda "Telegram" messencer xidmətindən yan keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.