Maraqlı

Üzə bilməyən polis Məhəmməd xilaskar oldu - VİDEO - FOTO

20 Fevral 2018 20:25
2 Şərh     Baxış: 1 843
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Üzməyi bacarmayan polis kursantı Məhəmməd Nadem çayda batan insanı xilas edib.

Milli.Az BBC News-a istinadən bildirir ki, insident İngiltərənin Mançester qraflığındakı Beri şəhərində yaşanıb.

Polis idarəsinə edilən bir neçə zəngdə xəbər verilirdi ki, Eruell çayı üzərindəki körpülərdən birindən kişi suya düşüb. Hadisə yerinə yollanmış Məhəmməd Nadim suda batan kişini görəndə əsla düşünmədən 2,5 metr yüksəklikdəki körpüdən buz kimi soyuq suya atılıb. O, batmaqda olan kişini dartaraq sahilə çıxarıb.

Hadisə yerinə gəlmiş təcili yardım heyəti həmin şəxsi hospitala aparıb. Onun durumu məqbuldur.

30 yaşlı M.Nadimin dediyinə görə, üzə bilmir: "Üzgüçü deyiləm. Suda qalmaq bacarığımı nəzərə alsaq, paltarım və üzərimdəki avadanlıqla çətinliklə su üzərində idi. Amma onu xilas edə bildim. Təhlükəli idi, amma suya atılmalı idim. O, batırdı və gecikmək olmazdı".

Nadimin dostları indi onu "Baywatch" serialının ulduzu, aktyor Devid Hasselhofa bənzədərək "The Hoff" adlandırırlar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Не умеющий плавать полицейский спас утопающего

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.