Maraqlı

"Çukur" yenə söyüşə görə cəzalandı - VİDEO

20 Fevral 2018 19:12
0 Şərh     Baxış: 1 654
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Radio və Televiziya Şurası (RTÜK) Show TV-də yayımlanan "Çukur" serialını cəzalandırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, şuranın qərarına əsasən, efirdə yayımlanan söyüşlərin kanalın rəsmi saytında yerləşdirilməsinə görə 1 milyon, öpüşmə səhnələrinin çox olması səbəbindən isə 260 min TL pul cəzası verilib. 

RTÜK-ün yaydığı açıqlamada deyilir: "Serialda söyüş səhnələri efirdə verilməyib, lakin həmin kadrlar Show TV-nin rəsmi saytında yerləşdirilib və qeyri-etik ifadələr açıq şəkildə yer alıb. Bundan əlavə, efirdə söyüş zamanı səsin kəsilməsi düzgün həyata keçirilməyib. Vulqar ifadələr aktyorun ağız hərəkətlərindən izləyicilər tərəfindən başa düşülür". 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Çukur" yenə söyüşə görə cəzalandı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.