Maraqlı

İlon Mask Vaşinqtonda qazıntı aparacaq

22 Fevral 2018 08:45
0 Şərh     Baxış: 778
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İlon Maskın yaratdığı "The Boring Company" Vaşinqton şəhərində qazıntı aparmaq üçün paytaxtın yerli hakimiyyət orqanlarından icazə alıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, söhbət Vaşinqtonun Nəqliyyat İdarəsinin verdiyi ilkin icazədən gedir.

Hələlik layihənin detalları məlum deyil. Lakin "The Boring Company"dən bildiriblər ki, paytaxtın altında yüksək sürətli "Hyperloop" qatarları üçün stansiya yaradıla bilər. Bu layihə 2012-ci ildə İ. Mask tərəfindən irəli sürülüb. O, yüksək sürətə malik qatarlarla Nyu York, Filadelfiya, Baltimor və Vaşinqtonu birləşdirmək istəyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.