Maraqlı

Məşhur aktrisa kinodan gedir - Sərt tənqid olundu - VİDEO - FOTO

20 Fevral 2018 11:00
0 Şərh     Baxış: 1 986
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Populyar amerikalı aktrisa, "The Hunger Games"in ulduzu Cennifer Lourens karyerasına fasilə verəcəyini bəyan edib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 27 yaşlı aktrisa bundan sonra bütün diqqətini sosial layihələrə yönəldəcəyini deyib.

Hazırda o, korrupsiyaya qarşı mübarizə aparan "Represent.Us" qeyri-kommersiya təşkilatında çalışır.

Aktrisa dünən baş rollardan birində çəkildiyi "Red Sparrow" filminin Avropa premyerasının qala-gecəsinə qatılıb.

C.Lourens filmdə rus casus rolunu oynayır.

Londonun Uest-End səmtindəki "Vue Cinema"dakı mərasimə Cennifer Lourens dərin dekolteli donda yollanmışdı.

Halbuki, aktrisa BAFTA mükafatlarının təqdimat mərasimində qara rəngli donda idi. O, bu minvalla qadınlara qarşı zorakılığa etiraz edən "Times Up" hərəkatına dəstək verdiyini bəyan etmişdi.

Aktrisanı mərasimdə filmdə tərəf-müqabili olmuş avstraliyalı aktyor Coel Edqerton müşayiət edirdi.

Cennifer Lourens açıq-saçıq paltarına görə sosial şəbəkələrdə sərt tənqid olunub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məşhur aktrisa kinodan gedir - sərt tənqid olundu

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.