Maraqlı

6 aylıq uşağın ayaqları kəsildi - Cəllad valideynlər şoka saldılar - FOTO

20 Fevral 2018 11:32
12 Şərh     Baxış: 4 328
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Toni Smit doğulandan cəmi 41 gün sonra şikəst olmuşdu. Onun əl və ayaqlarında 8 qırıq travması, habelə septimesiya aşkarlanmışdı.

Uşaq 6 aylıq olanda isə həkimlər onun həyatını xilas etmək üçün Toninin ayaqlarını amputasiya etmək məcburiyyətində qaldılar.

Həkimlərin dediklərinə görə, balaca Toni ölüm ayağında idi. Onun ayaqları kəsilməsəydi, uşaq sepsisdən, yəni qan zəhərlənməsindən öləcəkdi.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Toni Smitin valideynləri  - 46 yaşlı Entoni Smit və 24 yaşlı Codi Simpsonun məhkəmə prosesi başa çatıb. Onlar övladlarına amansız işgəncələr verməkdə suçlanıblar.

İngiltərənin Kent qraflığındakı Meydstoun şəhərinin sakinləri E.Smit və C.Simpsonun hər biri 10 il müddətinə azadlıqdan məhrum olunublar.

Şəhərin Hill-Roud səmtindəki 11 mərtəbəli binadakı bir otaqlı mənzildə yaşayan bu qəddar ər-arvad balaca Tonini ayaqlarından tutub dəfələrlə divara vurublar, sonra da onun ayaqlarını sındırıblar.

"Toni 41 günlük olanda məruz qaldığı qəddar, əzazil, vəhşi davranış nəticəsində artıq şikəst olmuşdu. Uşaq septisemiyadan ölümün astanasında idi. Onun saçları ağarmışdı. Ağzından köpük gəlirdi, güclə nəfəs alırdı. Uşaq aylarla müalicə olundu, amma Toni 6 aylıq olanda onun ayaqları amputasiya edildi. Başqa çıxış yolu yox idi", - həkimlər Meydstoun Kral Məhkəməsində ifadə verərkən deyiblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.