Maraqlı

Trampın Çin səfərində qalmaqal yaşandı - "Çamadan məsələsi" - VİDEO - FOTO

20 Fevral 2018 10:57
0 Şərh     Baxış: 2 614
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Donald Trampın ötən il Çinə rəsmi səfərində xoşagəlməz insident yaşanıbmış.

Bu barədə məlumat və görüntülər indi yayılıb.

Milli.Az ABC-yə istinadən bildirir ki, Tramp Çinin paytaxtı Pekində olarkən ABŞ və Çinin xüsusi xidmət strukturlarının əməkdaşları ABŞ prezidentinin "nüvə çamadan"ı uğrunda dartışıblar.

İnsident ötən ilin noyabrın 9-da yaşanıb. ABŞ prezidenti Donald Tramp təntənəli mərasimdən sonra Çin lideri ilə danışıqlar zalına keçəndə "nüvə çamadanı"nı daşıyan amerikalı zabit də onun arxasınca gedib. Bu zabiti ABŞ prezidentini bütün səfərlərində müşayiət edir. Birləşmiş Ştatların nümayəndə heyətinin üzvləri Ağ Evin aparat rəhbəri Con Kelini çağırıblar, o da zala "Biz gəlirik!" deyərək daxil olub.

Çinin xüsusi xidmət strukturunun zabiti Kelli tutub saxlayıb. Kelli onu itələyib. ABŞ Gizli Xidmətinin agenti çinli zabiti tutaraq yerə yıxıb.

Axios məlumat verir ki, dartışmada Çin xüsusi xidmət strukturlarının əməkdaşları "nüvə çamadanı"na toxuna bilməyiblər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Trampın Çin səfərində qalmaqal yaşandı -

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.