Maraqlı

Telefonların enerjilərinə "düşmən" kəsilən mobil tətbiqlər - FOTO

19 Fevral 2018 22:03
0 Şərh     Baxış: 4 477
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Avast" şirkətinin tədqiqatçıları ən çox enerji sərf edən tətbiqlər barəsində iki top siyahı hazırlayıblar.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, həmin tətbiqlər bir qayda olaraq ya fon rejimində çalışaraq, ya da istifadəçi tərəfindən istifadə olunaraq enerji sərf edirlər.

Sözügedən hesabat 2017-ci ilin iyul-sentyabr ayları ərzində dünyadakı 3 milyon smartfonları əhatə edir. Birinci top siyahıya smartfonun işə düşməsi zamanı fon rejimində hansısa işi görmək üçün nəzərdə tutulmuş və avtomatik prosesə başlayan tətbiqlər daxil olub. Bu siyahıdakı ilk 3 yeri "Samsung" smartfonlarına quraşdırılmış tətbiqlər tutublar:

- Cihazlarla uzaqdan idarə üçün "Link" tətbiqi,

- Proqram təminatının yenilənməsi üçün olan tətbiq,

- "ChatON" messenceri.

Həmin siyahıda sonrakı yerləri "Google Maps" və ən məşhur messencer olan "WhatsApp" tutub.

İkinci top siyahıda isə istifadəçilər tərəfindən işə salınaraq ən çox enerji sərf edən tətbiqlər yer alıb. Bu siyahıda ilk iki yeri "Samsung" tətbiqləri tutublar: Ştrix kodların skan olunması üçün tətbiq və media player. Sonrakı yerlərdə "Netflix", "Snapchat" və "Line" tətbiqləri qərarlaşıblar.

Bu sadalanmış tətbiqlərdən hansını silsəniz və ya istifadəsini məhdudlaşdırsanız, smartfonunuzun enerji sərfiyyatını aşağı endirə bilərsiniz.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.