Maraqlı

560 mindən çox avtomobil geri çağırıldı - Əyləcdə problem

19 Fevral 2018 20:32
0 Şərh     Baxış: 2 185
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ford" və Çinin "Changan" şirkəti birgə müəssisələrində yığılmış 560 mindən çox avtomobili geri çağırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu, avtomobillərin əyləc sistemindəki qüsurlara əlaqələndirilib.

Bildirilir ki, geri çağırılma 2013-2016-cı illərdə istehsal olunmuş təxminən 370 min "Mondeo" modeli və 2014-2017-ci illərdə buraxılan 200 min "Edge" modelinə şamil edilib.

Qeyd olunur ki, həmin avtomobillərin əyləc şlanqının materialları möhkəm deyil və bu, ekstremal şəraitdə təhlükə yarada bilər.

Şirkətdən bildirilib ki, fevralın 25-də başlayacaq geriçağırma prosesində bütün qüsurlu hissələr "Changan Ford" birgə müəssisəsinin hesabına dəyişdiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.