Maraqlı

Toyda 107 şəkil çəkildi, 96-sı gəlinin rəfiqələrinin sinəsi, ayaqlarıdır - FOTO

19 Fevral 2018 14:19
15 Şərh     Baxış: 23 714
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni ailə quran cütlük toy fotoqrafını məhkəməyə verib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb cütlüyün toyda çəkilən 107 şəkildən, sadəcə, 11-də olmasıdır. Qalan 96 şəkildə isə gəlinin rəfiqəsinin sinəsi, ayaqları və libası düşüb.

David Kilcourse (Deyvid Kilkours) adlı fotoqraf gəlinin rəfiqəsindən başqa digər qonaqların da sinəsini, arxasını çəkib. Həm də çəkilən şəkillərin çoxu bulanıq düşüb.

Jurnalistlərə açıqlama verən bəy od püskürüb: "Şəkillərə baxanda dəhşətə gəldim. Əvvəl elə bildim, təsadüfən çəkilib. Sonra gördüm ki qəsdən çəkilib. Hətta "zoom"da edib".

Qeyd edək ki, toy İngiltərənin Çeşir qraflığının Bollinqton kəndində baş tutub.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.