Maraqlı

Rusiyalı idmançı Olimpiadanı tərk etdi - VİDEO - FOTO

19 Fevral 2018 15:18
1 Şərh     Baxış: 2 172
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dopinqdə şübhəli bilinən rusiyalı körlinqçi Aleksandr Kruşelnitski Olimpiya akkreditasiyasını təhvil verib, Cənubi Koreyanın Phönçhan şəhərindəki Olimpiya Kəndini tərk edib.

Milli.Az CBS-ə istinadən bildirir ki, A.Kruşelnitski həyat yoldaşı Anastasiya Brızqalova ilə birlikdə dabl-mikstdə bürünc medal qazanmışdılar.

Meldonium preparatının qəbulunda şübhəli bilinən A.Kruşelnitskinin dopinq testinə təqdim etdiyi "B" nümunəsi ilə bağlı cavablar bu gün axşam saatlarında peyda olacaq.

Meldonium Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2016-cı ilin yanvarın 1-də yasaqladığı preparatlar siyahısındadır. 

2016-cı ilin əvvəlindən bəri rusiyalı idmançıların təxminən 300 dopinq nümunəsi testlərdə müsbət cavab verib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Rusiyalı idmançı Olimpiadanı tərk etdi

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.