Maraqlı

BAFTA mərasimində qadın etirazı - VİDEO - FOTO

19 Fevral 2018 12:53
0 Şərh     Baxış: 961
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniyanın paytaxtı Londonda keçirilən BAFTA mükafatlarının təqdimat mərasimində də ulduzların əksəriyyəti qara geyinmişdilər.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, onlar bu minvalla kinematoqrafiya biznesində qadınların seksual təcavüzə məruz qalması faktlarına etiraz ediblər.

"Time's Up" hərəkatının üzvü olan bir dəstə qadın mərasimdə "BAFTA blackout" aksiyası keçiriblər.

Əyinlərində "Times Up" yazılmış maykalar olan aksiya iştirakçıları ailə və məşiət zorakılığına qarşı çıxan "Sisters Uncut" feminist qrupunun üzvləridir.

"Royal Albert Hall"da qırmızı xalıda aksiya keçirən qadınlar "Bir araya gəlmiş biz bacılar əsla məğlub olmayacağıq" şüarını söyləyiblər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

BAFTA mərasimində qadın etirazı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.