Maraqlı

Çirkli suyu içilə bilən hala gətirən maşın

20 Fevral 2018 22:40
0 Şərh     Baxış: 1 367
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər il dünyada milyonlarla insan susuzluqdan ya da çirkli su içdiyinə görə ölümə məhkum olur. Həyatın sağlam davam etdirilə bilməsi üçün ən lazımlı ehtiyaclardan olan təmiz sudur və təəssüf ki, təxminən 2 milyard insan təmiz suya həsrətdir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, aparılan araşdırma və tədqiqatlar, çirkli suyu çox daha asan şəkildə içilə bilən hala gətirən bir sistem yaratdı. Avstraliyalı alimlər tapdığı bu yeni ixtira, bir çox ölkədəki milyonlarla insana təmiz su çatdırılması üçün təsirli olacaq.

Sistem, suyun içərisindəki zərərli maddələri avtomatik qəbul edir və yalnız təmiz suyun o biri tərəfə keçməsini təmin edir. Mikroskopik nano kanalları olan cihaz, suyun tam olaraq təmiz bir şəkildə süzülməsi üçün xüsusi süzgəcdən keçir. "Graphair" adı verilən bu süzgəc o qədər təsirlidir ki, çox çirkli olması ilə məşhur olan Sidney limanındakı suyu belə, qısa müddətdə içilə bilən hala salır.

Yeni icadın istifadə müddəti normal filterlərdən daha uzun yaşayır. Normal filterlərdə yığılan çirki cihaza zərər vurur, lakin bu yeni çıxarılan cihaz çirki içində saxlamır.

Buna görə çox daha uzun müddət təmiz su çıxarmağa davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.