Maraqlı

Hansı bitki çayı hansı xəstəliyə qarşı yaxşı təsir göstərir?

20 Fevral 2018 23:45
2 Şərh     Baxış: 3 452
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bitki mənşəli çaylar, orqanizmin müqavimətini artıraraq, xəstəliklərdən qoruyur. Minlərlə ildir ki, istehlak edilən bitki çayları insanı gümrah saxlayır və sakitləşdirir:

Razyana: Milli.Az deyerler.org-a istinadən bildirir ki, həzmi asanlaşdıran, köpazaldıcı və südçoxaldıcı təsirlərilə analar tərəfindən ən çox istifadə edilən bitkilərdəndir. Həmçinin, bu çayın sakitləşdirici təsiri də mövcuddur.

Nanə: Ağrıkəsici təsiri vardır. Ürək bulanması və qusma halında nanə-limon çayı həm böyüklər, həm də uşaqlar üçün istifadə edilən ənənəvi bir çay içkisidir. Həmçinin, bu çay 6 aydan böyük uşaqlarda istifadə edə bilər.

Çobanyastığı: Mədə ağrılarına və yuxusuzluğa qarşı yaxşı təsir edən bir bitkidir. Sakitləşdirici təsiri vardır. Uşaqlara 6-cı aydan sonra həkim təklifi ilə gündə 1-2 dəfə yarım fincan verilə bilər.

Cökə: Soyuqdəymə və qripə qarşı ən geniş istifadə olunan bir bitkidir. Öskürəyin yumşalmasına kömək edir. Bununla yanaşı qəbizliyin qarşısının alınmasında də təsirlidir. Uşaqlara 6-cı aydan sonra həkim təklifi ilə gündə 1 və ya 2 dəfə yarım fincan verilə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.