Maraqlı

Gözdən əlillər üçün virtual reallıq proqramı yaradılıb - VİDEO

20 Fevral 2018 08:46
0 Şərh     Baxış: 1 124
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın "Microsoft" korporasiyası gözdən əlillərə məkanda istiqaməti müəyyənləşdirməyə kömək edəcək proqram hazırlayıb. Bu barədə korporasiyanın saytında deyilir.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, gözdən əlil şəxs hərəkət etməyə başlayan zaman "canetroller" adlanan əsanı yönəldərək ətrafdakı məkanı skan edəcək. Qurğu obyektləri tanıyır və istifadəçi onlardan birinə yaxınlaşan zaman vibrasiya verməyə başlayır.
 
Bundan başqa, istifadəçi istiqamətin daha yaxşı müəyyənləşdirilməsi üçün səsi təmin edən qulaqcıqlar dəsti ilə təchiz olunub.
 
Qurğunun keçirilən sınaqlarında iştirak edən gözdən əlil şəxslərin sözlərinə görə, hazırda çəkisi təxminən 2 kq təşkil edən "canetroller" əsasının çəkisini azaltmaq lazımdır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Gözdən əlillər üçün virtual reallıq proqramı yaradılıb

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.