Maraqlı

Alimlər özübərpaolunan elektron dəri hazırladı

20 Fevral 2018 08:11
0 Şərh     Baxış: 827
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Kolorado Universitetinin mütəxəssisləri elektron dərini toxunuşlara qarşı daha həssas olmağa imkan verən yeni texnologiyanı tətbiq ediblər.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, süni dəriyə təzyiq, temperatur və rütubətin ölçülməsi üçün sensorlar inteqrasiya edilib.

Yeni ixtiranın əsasında xüsusi polimer dayanır. Alimlər polimeri gümüş nanozərrəciklərlə örtüblər ki, bu da məmulatı daha möhkəm etməyə imkan verib. Elektron dəri olduqca elastikdir və asanlıqla lazımi formanı alır. Yeni dərinin daha bir üstünlüyü də özünü bərpaetmə xüsusiyyətidir. Bu, ixtiranın uzun ömürlü olmasını təmin edəcək. Həmçinin elektron dəri tamamilə emal edilə bilər. Bunun üçün xüsusi məhluldan istifadə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.