Maraqlı

Elmdə QƏLƏBƏ - Alimlər böyrək yetişdirməyə müvəffəq olublar

17 Fevral 2018 18:50
0 Şərh     Baxış: 1 683
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Mançester Universitetinin alimləri dünyada ilk dəfə canlı orqanizmdə insan böyrəklərini xatırladan strukturlar yetişdirməyə müvəffəq olublar. 

Milli.Az Trend-ə istinadən bildirir ki, həqiqi böyrəklərin bu elementləri sidik ifraz edə bildiyi üçün bu hadisəni tibb aləmində əsl kəşf adlandırmaq olar.

Böyrəyin mühüm elementi olan yumaqcıqlar insanın embrional gövdə hüceyrələrindən yaradılıb. Bu hüceyrələr laboratoriya şəraitində, böyrəklərin inkişafına kömək edən molekullarla zəngin bəsləyici mühitdə yetişdirilib. Yumaqcıqlar birləşdirici toxuma rolu oynayan geləbənzər substansiya ilə birləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.