Maraqlı

Bu paltarları bədən ölçüsündən kiçik alın - SİYAHI

16 Aprel 2018 01:30
1 Şərh     Baxış: 4 098
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzən öz ölçümüzə uyğun paltar alsaq da, bir dəfə yuyandan sonra ya əynimizə kiçilir, ya da sallanmağa başlayır. Bəs paltar alarkən necə seçim etməliyik? Milli.Az ailem.az-a istinadən bədən ölçüsündən kiçik və ya böyük almalı olduğumuz paltarların siyahısını verir.

Tişört

Tişörtlərin böyük əksəriyyəti pambıqdan hazırlandığı üçün qurutma əsnasında 20 faiz kiçilirlər. Ona görə bədən ölçünüzdən böyük tişört almalısınız.

Köynək

Köynəklərdə kiçilmə tişörtlərə nisbətən daha azdır. Ancaq yenə də haradan kiçiləcəyini təxmin etmək olmur. Yaxa, qol, yoxsa çiyinlər...

Yun jaket

Yun jaketlər hər yumada kiçilir. Buna görə də jaket alarkən bir ölçü böyük almaqda fayda var.

Corablar

Corabların böyük əksəriyyəti pambıqdır. Buna görə yuma əsnasında kiçilə bilər.

Yay paltarları

Yay fəslində uçuşaraq geyilən paltarlar yuyulduqdan sonra ilk günki görünüşünü itirir. Paltarlarınızı əllə yuya, ya da bir ölçü böyüyünü seçə bilərsiniz.

Nəyi bədən ölçümdən kiçik almalıyam?

Cins şalvar

Cins şalvarlar daim hava keçirirlər. Cins şalvarların çoxu laykralı parçadan hazırlandığı üçün müddət sonra genişlənir.

Tayt

Taytlarda 5 faiz belə elastin varsa, parçanı genişləndirər. Buna görə kiçik ölçü alaraq, taytların istifadə müddətini uzada bilərsiniz.

Poliester jaket

Gün ərzində əyninizdə olan bu jaketlər genişlənə bilər və pinti bir görünüş ortaya çıxar.

Kapron corab

Bir-iki dəfə yuyulduqdan sonra dizlərdə və topuqlarda yığılmalar olacaq. Bu görünüş heç bir qadının xoşuna gəlməz. Buna görə bədən ölçünüzdən bir nömrə kiçik alın.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.