Maraqlı

Sosial media uşaqlarda depressiyaya səbəb olur

15 Fevral 2018 21:35
0 Şərh     Baxış: 825
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rangan Chatterjee həkimdir və dediyinə görə, gənclərin sosial mediadan istifadə etməsi ilə onların psixi sağlamlığı arasında əlaqənin olduğuna dair xeyli sübutun şahidi olub.

16 yaşlı bir oğlan özünə xəsarət yetirəndən sonra təcili tibbi yardım xidməti həmin oğlanı həkim Chatterjee-nin yanına gətirir.

"Əvvəlcə ona antidepressant dərmanı vermək istədim, amma söhbətləşəndən sonra anladım ki, ona mənfi təsir göstərən sosial media olub", - doktor deyir.

Rangan Chatterjee-nin təklif etdiyi müalicə üsulu sadə oldu - o, yeniyetməyə sosial mediada 1 saatdan artıq vaxt keçirməməyi tövsiyə etdi.

Bir neçə həftən sonra isə həkim bu müddəti səhər 2 saat və axşam 2 saatadək artırmağa icazə verdi.

"Həmin oğlan durumunun xeyli yaxşılaşdığını bildirdi, altı aydan sonra isə onun anasından məktub gəldi ki, oğlu özünü artıq yaxşı hiss edir", - həkim deyir.

Bu və buna bənzər digər hallar onu, gənclərin həyatına sosial medianın təsiri barədə düşünməyə məcbur etdi.

Həkimin gəldiyi qənaət budur ki, "sosial media gənclərin psixi sağlamlığına mənfi təsir göstərir".

O, bu fikrində tək deyil.

Illustration of girl sat on bed with wolf watching

Bu yaxınlarda ABŞ-da uşaqların rifahı sahəsində çalışan ekspertlər Facebook təsisçisi Mark Zuckerberg-ə müraciət edərək onu, uşaqlara ünvanlanmış Messenger Kids tətbiqini bağlamağa çağırıblar.

Ekspertlər hesab edir ki, yeniyetmə yaşından aşağı olan uşaqlara həmin platformadan istifadə etməyə dəvət olunması məsuliyyətsizlikdir.

2017-ci ildə Britaniyanın Kral Sosial Səhiyyə Cəmiyyəti (RSPH) 11-25 yaş arasında olan 1500 gənc arasında sorğu keçirərək onların 5 əsas sosial media saytlarından istifadə etdikdən sonra hansı əhval-ruhiyyədə olduqları ilə maraqlanıb.

Sorğunun nəticələri güman etməyə əsas verir ki, respondentlər arasında narahatlıq və qeyri-adekvatlıq hissini doğuran saytlar Snapchat və Instagram olub, ən pozitiv təsir bağışlayan isə YouTube-dur.

Soruşulanların hər 10-dan yeddisi bildirib ki, Instagram onları bədən bicimi ilə bağlı məyusedici ovqata salıb, 14-24 yaşında olanlar isə bildirib ki, Instagram və Facebook onlarda təşviş hissinin yaranmasına səbəb olub.

Sosial medianın gənclər üçün təhlükəsizliyini artıqmaq məqsədi ilə RSPH bir sıra təkliflər irəli sürüb:

  • internetdə keçirilən müəyyən vaxt həddindən sonra gənc istifadəçiyə bu barədə xəbərdarlığın verilməsi ("pop-up" vasitəsilə)
  • rəqəmsal üsülla manipulyasiya olunmuş fotolorın nişanələnməsi
  • sosial mediadan istifadənin sağlam yollarına dair məktəblərdə dərs keçilməsi

RSPH rəhbəri Shirley Cramer deyib: "Sosial media münasibətlərimizi qurduğumuz və inkişaf etdirdiyimiz, kimliyimizi formalaşdırdığımız, özümüzü tanıtdırdığımız və dünyanı öyrəndiyimiz məkana çevrilib; bu məkan bizim psixi sağlamlığımızla birbaşa əlaqədədir".

Person taking a selfie with wolfs in background

Rəsmlər Katie Horwich tərəfindən çəkilib

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.