Maraqlı

Ailə qurmuş iki kişi: baxın, övladımız var - FOTO

15 Fevral 2018 14:27
19 Şərh     Baxış: 5 782
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniyanın ən məşhur idmançılarından biri, ölkənin Olimpiya yığma komandasının üzvü Tom Deyli və onun əri, prodüser Lens Blək doğulacaq övladlarının ultrasəs müayinəsində çəkilmiş fotosunu paylaşıblar.

Milli.Az The Sun-a istinadən bildirir ki, 2015-ci ildə bir-birlərinə aşiq olmuş bu iki kişi ötən ilin mayında İngiltərənin Devon qraflığında evlənmişdilər.

İndi onlar surroqat ana vasitəsilə valideyn olmağa hazırlaşırlar.

23 yaşlı Tom Deyli və 43 yaşlı Lens Blək dünən, Müqəddəs Valentin Günündə birgə fotolarını paylaşıblar, "Valideyn olacağıq, övladımız doğulacaq" yazıblar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.