Maraqlı

İnsan; düşünən bir primat növü

18 Fevral 2018 20:25
0 Şərh     Baxış: 1 225
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnsan niyə düşünən bir varlıqdır? Düşünmək nə deməkdir? Düşüncə necə təkamül edib?

Bu əslində başa düşülməyəcək bir fakt deyil. Təkcə lazım olan şey, başdakı düşüncə imicinin silinməsidir. Bizə, düşünmək anlayışını min illərdir elə yeridiblər ki, bizdə çox dərin və xüsusi bir gücü olduğu təəssüratın yaradır. Düşüncə dediyimiz anlayış, beyindəki hüceyrələrə çatan elektrokimyəvi siqnallara verilən biokimyəvi reaksiyaların cəmidir. Yəni əslində bir canlı düşünməz. Düşünmə əməliyyatını edənlər, bu mövzuda xüsusiləşmiş hüceyrələrdi. Hüceyrələr bir yerə gələrək toxumaları və orqanları meydana gətirərlər. Biz bu düşünmək və daha bir çox əhəmiyyətli işləri yerinə yetirən hüceyrələrdən formalaşan orqana beyin deyirik. Beynimizdə milyardlarla sinir hüceyrəsi var. Bu say ağla sığmayacaq qədər çox görünsə də, hüceyrə anlayışından danışıldığı zaman, bizim vərdişlərimizin kənarındakı uzunluq ölçülərinə baxsaq (mikrometr, nanometr) bu böyük ədədlər çox da maraqlı bir hal əks etdirmir.

Milli.Az yasilelm.com-a istinadən bildirir ki, bədəniniz, xüsusiləşmiş başqa hüceyrə qruplarının vasitəsilə ətrafınızdan məlumat toplayırlar. Göz, qulaq, burun, dəri, dil vasitəsiylə. Ətrafdan gələn məlumatlar elektrokimyəvi təsirlərə (pulse) çevrilərək beyinə ötürülür. Beyində bu daxil olan elektrokimyəvi təsirlərə görə xüsusiləşmiş hüceyrələr vardır və daxil olan təsirin şiddətinə, tipinə, formasına, uzunluğuna, və s. dəyişikliyinə görə hüceyrələr müəyyən biokimyəvi reaksiyaları əmələ gətirirlər.

Məsələn düşünün ki, burnunuza gözəl bir yemək qoxusu gəlir. Əvvəlcə burundakı duyğu sinirləri bunu, qoxunun tipin, növün, kimyəvi xüsusiyyətlərinə görə qəbul edib, buna uyğun və bu qoxunu təyin edəcək siqnallara çevirirlər. Bu elektrokimyəvi sinirlər beynin qəbul edilən hissəsinə ötürülür. Bu hadisə də tamamilə biokimyəvidir və reaksiya hara gedəcəyini bilməz, ancaq onsuz da açar-kilid əlaqələri kimi hər reaksiyanın gedəcəyi yer milyardlarla illik təkamül nəticəsində formalaşmışdı. Hətta bəzən tanınmadığımız təsir qarşısında hisslərimizin qarışması buna görədir. Qəbul edilən hisslərədə bir sıra biokimyəvi reaksiya reallaşır (buna CASCADE deyirik) və bu reaksiyalar nəticəsində bəzi kimyəvi məhsullar əldə edilir. Bu məhsullar da bir çox müxtəlif nəticələr yarada bilir. Bunlardan biri ağzın sulanmasının xəbərdar edilməsidir. Bu da Təbii seçim ilə əldə edilmiş bir xüsusiyyətdir, çünki ağzın əvvəldən sulanması tüpürcək istehsalını artırar və qidanın parçalanmasını asanlaşdırır. Bu yalnızca nümunələrdən biridir.

Düşünmək hissəsinə gəldiyimiz zaman, eynilə qoxuda olduğu kimi bizə ekoloji olaraq gələn siqnallardan qəbul etdiklərimizə uyğun bir nəticə çıxarmaqdır. Bu, A və B'dən birini seç şəklində gələn məlumata verdiyimiz reaksiyadır. Bu da, bizim istər genetik, istərsə də ekoloji olaraq əldə etdiyimiz arxa planımız (background) daxilində hüceyrələrimizin verdiyi ümumi reaksiyayla qiymətləndirilər. Bəzi hüceyrələr keçmişin yaratdığı təsirləri ağlımızda saxlamaq və bənzər reaksiyalar vermək üçün formalaşıblar.  Yaddaş dediyimiz bu fakt, beynimizdəki elektrokimyəvi reaksiyaların cəmindən başqa bir şey deyil. Yaddaşın müqəddəs və ya elmdən kənar bir hadisə olmadığı, yaddaş itkisi hadisəsi incələndikcə məlum olur. Heyvanların çox böyük bir qisimində yaddaş faktına rast gəlinir, balıqlardan quşlara, məməlilərdən sürünənlərə qədər.

Düşüncə yaratmaq isə bir heyvan növü olan Homo sapiensin milyon illik təkamülü nəticəsində sahib ola bildiyi bir xüsusiyyətdir. Bunun üçün bir çox səbəb sayıla bilər, ancaq əvvəlcə "co-evolution" (qarşılıqlı təkamül) prinsipi incələnməlidir. Buna görə bəzi xüsusiyyətlərimiz, digər xüsusiyyətlərimiz ilə birlikdə bir-birlərini qarşılıqlı olaraq dəstəkləmək üçün təkamül etmişdi. Məsələn insanın təbiətdəki ən üstün xüsusiyyəti olan ünsiyyət mövzusunda ən inkişaf etmiş növ olmasıdır. Bu hadisə təxminən 7 milyon il əvvəl əjdadlarımız daha çox meymuna bənzər olduğu zaman reallaşmışdır. Ancaq ictimai heyvanlarda ünsiyyət çox vacibdir. Çünki ünsiyyət qurulduğu müddətcə həyatda qalma ehtimalını artırır. Buna görə də insan üçün ünsiyyəti inkişaf etdirmək zəruri olmuşdur. Təbii seçim və hətta Cinsi seçim ilə dəstəklənən bu fakt (dişilər ünsiyyət mövzusunda ən yaxşı olan erkəkləri tərcih edirlər), "co-evolution" anlayışı çərçivəsində təkamül etmişdi. Ünsiyyətin inkişafı üçün, daha böyük bir beyinə ehtiyac vardır. Çünki daha çox siqnal alıb, daha çox reaksiya vermək lazımdır. Həmçinin 4-ayaqdan (quadreped, tetrapod) 2-ayaqlı (biped) hala gələn insanoğlu üçün tarazlıq və duyğu orqanları da əhəmiyyət qazanmışdır. Bax bütün bunların kollektiv birləşməsi, beyini böyüməyə məcbur etmişdir və Təbii seçim ilə ən böyük beyinə sahib olan fərdlər seçilmişdir.

Beynin böyüməsinin yan təsirlərindən biri olaraq (ünsiyyətin və sosiallığın inkişafıyla), canlılar daha ağıllı hala gəlməyə başlamışlar. Çünki artıq ətraflarını daha yaxşı qəbul edəcək şəkildə xüsusiləşmiş hüceyrələrdən daha çox yararlana bilirlər

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.