Maraqlı

Zəif nüvə qüvvəsi olmadan da kainatda həyat yarana bilər

18 Fevral 2018 19:05
0 Şərh     Baxış: 1 036
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kainatdakı hissəciklərin qarşılıqlı təsirlərinin çeşidliliyi dörd təməl qarşılıqlı qüvvəyə gətirib çıxarır: cazibə qüvvəsi, elektromaqnetizm, güclü nüvə qüvvəsi (bunun sayəsində atomların nüvəsi stabil olaraq qalır) və zəif nüvə qüvvəsi (radioaktiv parçalanmaya və neytronların proton, elektron və neytrinlərə çevrilməsinə cavabdehdir). Əgər fərqli fizika qanunlarının işlədiyi çoxlu kainatlar hipotezi doğrudursa, bu o deməkdir ki, başqa kainatlar bu və ya istənilən digər fundamental qüvvədən bütövlüklə məhrum olmuş ola bilər.

Milli.Az yasilelm.com-a istinadən bildirir ki, hesablamalar göstərir ki, belə kainatların heç də hamısı stabil ola bilməyəcək və stabillik qazanmış kainatların heç də hər birisində ulduzlar meydana gəlməyəcək. Bizim dünyamızı idarə edən fiziki qüvvələr multikainat sferasında çox nadir və unikal hadisə ola bilər ki, bütün bunlar kainatımızda həyatın müxtəlif formalarının inkişafı üçün münbit şərait təmin edir. Bunun ən bariz nümunəsi bizlər, Yer planetində yaşayan canlılardır və beləliklə bu həyatın yarana bilmə potensialının fərqli nümunələrini digər planetlərdə də axtarmaqdayıq. Son nəzəri işlər isə göstərir ki, bunun mövcud olması üçün zəif nüvə qüvvəsi heç də lazımi hesab olunmamalıdır.

Hələ 2006-cı ildə Stenford universiteti alimləri zəif nüvə qüvvəsi olmayan kainatın mövcudluğunu davam etdirməsi və kifayət qədər stabil qala bilməsinin mümkünlüyünü təsdiq etmişdilər. Bu sahədə aparılmış son araşdırmanın müəllifləri isə belə bir kainatın nəinki mövcudluğu, orada ulduzlar kimi obyektlər, ağır elementlər və perspektivdə hətta həyatın da meydana gələ bilməsini dəstəkləyən nəticələr əldə etdiklərini qeyd edirlər.

Miçiqan universitetini təmsil edən Fred Adams öz həmkarları ilə birlikdə zəif nüvə qüvvəsindən məhrum olan Böyük partlayış və kainatın yaranması simulyasiyasını nümayiş etdirib. Bizim kainat məhz bunun sayəsində, əsasən neytronların beta-parçalanmasıdan qalmış hidrogen atomunun nüvəsi olan protondan ibarətdir. Ulduzların nüvəsində onlar termonüvə reaksiyalarına girərək, daha ağır elementləri yaradırlar ki, bunlar da öz növbəsində bütün kainata yayılıb, buranı ulduzlar, planetlər və ən əsası həyatın formalaşması üçün lazımi materialla zənginləşdirirlər.

Lakin zəif nüvə qüvvəsi olmayan kainatda neytronlar parçalanmayaraq, yığılacaqlar. Belə bir dünyada ağır elementlər əskikliyi müşahidə olunsa da, bu kainat mövcud ola və həyatı dəstəkləyə bilər. Adamsın hazırladığı modelləşdirmə göstərir ki, bunun üçün kainatın başlanğıc şərtlərinə bir balaca dəyişiklik edilməlidir ki o, bizimkindən fərqli olaraq, daha az miqdarda neytron və daha çox miqdarda protonla start götürsün.

Belə halda onlar ağır hidrogen, deyterium nüvələri ilə rekombinə oluna bilər. Belə bir kainatda hətta termonüvə çevrilmələri də baş verə bilər. Modelləşdirməyə əsasən, buradakı reaksiyalarda daha çox enerji ayrıldığı üçün formalaşacaq ulduzlar bizim kainatın ulduzlarından dəfələrlə isti və parlaq olmalıdır. Bununla yanaşı bu modeldə ulduzlar bütün lazımi ağır elementləri istehsal etmə qabiliyyətində ola biləcək.

Sözsüz ki, başqa kainatda yaranacaq həm su, həm də planetlərin digər mineralları bizimkindən, azca da olsa, fərqlənəcək. Bizim kainatımızda yaranmış bir canlının fərqli fiziki qüvvələrə tabe olan və ya bir qüvvəsi ixtisar olunmuş başqa kainatda yaşaya bilməsi inandırıcı görünmür. Lakin maraqlıdır ki, zəif nüvə qüvvəsi olmayan və ya neytronlarla "doldurulmuş" bir kainatda həyat inkişaf edibsə, bizim üçün qəribə görünən bu şərtlərə onun adaptasiya olması mümkündür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.