Maraqlı

Sevgililər günündə hədiyyəsiz qalmamaq üçün nə etmək lazımdır?

14 Fevral 2018 21:09
2 Şərh     Baxış: 841

14 Fevral Sevgililər Günündə əksər xanımlar kişilərdən hədiyyə gözləyir. Təəssüf ki, bəzən romantik münasibətləri olsa belə, bu istəkləri qarşılanmır. Adətən, kişilər sevdikləri xanıma bir gül belə almırlar. Bəs necə etmək olar ki, kişilər məcburiyyətdən yox, öz istəkləri ilə sürprizlər edələr?

Milli.Az neyroproqramlaşdırma üzrə mütəxəssis Katrin Forsun məsləhətlərini təqdim edir.

"Nə istədiyinizi dilə gətirməkdən çəkinməyin. Axı kişilər telepat deyillər. Sizə bəyənmədiyiniz, ya da sizə yaraşmayan bir şey hədiyyə edilsə belə, heç vaxt məyus olduğunuzu bəlli etməyin. Ona çox xoşbəxt olduğunuzu deyin, sevincdən tullanın, ya ağlayın və bütün bunları saxta yox, təbii şəkildə edin. Buna "hədiyyə edənə enerjinin qaytarılması" deyilir. Ona hədiyyədən çox məmnun olduğunuzu göstərin. Bu cür reaksiyanız sizə edilən sürprizlərin 2, hətta 3 dəfə artmasına səbəb olacaq. Buna əmin olun!

Hal-hazırda sevgiliniz yoxdursa, özünüzə gül və digər hədiyyələr alın. Bunu ən azı ayda 2 dəfə etməlisiniz. Belə etsəniz əvvəl öz şüuraltınız, sonra isə ətrafdakı insanlar sizin buna layiq olduğunuzla bağlı müsbət impulslar, informasiyalar alacaq.

Bəzən növbəti tapşırıqları etməyiniz faydalıdır: kişinin sizə böyük bir gül buketini hədiyyə etməyini təsəvvür edin və bundan bacardığınız qədər xoşbəxt olmağa çalışın. Sonra beyninizdəki bu rəsmi xəyalən ağlınızdan keçən kişiyə göndərməyə çalışın. Belə etməklə siz həmin şəxsin şüuraltında bu situasiyanı reallaşdırmaq arzusu yaradacaqsınız.

Digər yaxşı üsul isə hədiyyələrə olan münasibətinizi prinsipcə dəyişdirməkdir. Səxavətli qadın olun. Kişilər üçün qarşılıq gözləmədən gözəl şeylər edin. Bu şeyləri də sadəcə xüsusi günlərdə yox, həmişə edin. Görəcəksiniz ki, artıq o da sizə xoş olsun deyə nələrsə etməyə başlayır". (publika.az)

Milli.Az

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Tovuzlu E · 14 Fevral 21:1814

    Bayramda, bu il ad gunumde ozume kicik hediyye aldim Bu gun nese almaga heves olmadi

    Cavab yaz
  • Anonim
    Esra ibrahimli (Samaxi) · 14 Fevral 21:1991

    Hec biriynen razilasmadim 1-cisi heyati boyu dilime getirmerem ki bu gun sevgililer gunudu mene nese al 2-de ozum ozume niye hediyye alim ele adi gunlerde de ne isteyirem aliram daaa Hediyye basqadi ozu ozune nese almak tamam basqa Ozude sevgiliye demek olar mene duxu al ya gul al ...Gormur camaat kucede gul hediyye alir guya bilmir ...Niye gore her zaman guzeshte xanimlar getmelidi kii, ???

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.