Maraqlı

Bu şəhərlər su altında qalacaq - ekspertlər açıqladı

14 Fevral 2018 22:28
0 Şərh     Baxış: 3 056

Bir qrup amerikalı tədqiqatçı 21-ci əsrin sonlarına qədər dəniz səviyyəsinin yarım metrdən çox artması səbəbiylə dünyada böyük sahilyanı şəhərlərin su altında qalma ehtimalı barədə növbəti açıqlama veriblər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, ekspertlər dəniz səviyyəsinin yüksəlməsini nəzərdə tutan iqlim modellərini yaratmaq üçün 25 ildən çox müddətdə əldə edilən peyk məlumatlarını təhlil ediblər və məlum olub ki, 1993-cü ildən etibarən dünya okeanlarının səviyyəsinin yüksəlməsi əlavə olaraq 0.084 millimetr sürətlənib. Bu dövrdə orta artımın 2,9 millimetr səviyyəsində olduğunu nəzərə alsaq, 2005-2100-cü illər ərzində okeanın 65 santimetr artacağı təxmin edilir.

Qeyd edək ki, ekspertlər Banqladeş, Şanxay, Cənubi Florida və Vaşinqtonun bir hissəsinin su altında qalacağına dair ehtimal irəli sürüblər.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.