Maraqlı

Məhkuma telefon aparan göyərçinlər - FOTO

14 Fevral 2018 22:20
0 Şərh     Baxış: 2 502
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliya türməsinin gözətçiləri məhkumlardan birinə mobil telefon aparan göyərçini yaxalayıblar. Bu barədə UPI agentliyi məlumat yayıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Braziliyanın ədliyyə qurumlarından verilən məlumata görə, insident Nilton Silva türməsində, 10 fevralda baş verib. Franku-da-Roşa şəhərində yerləşən həbsxanada bu kimi hallar normaya çevrilib. Nəzarətçilər görüblər ki, məhkumlar göyərçin tutublar və həmin göyərçinə nəsə geyindirilib. Onlar dərhal quşu tutub, ona jilet geyindirildiyini, jiletin cibində isə mobil telefon və batareya olduğunu görüblər. Oktyabr ayında isə hind hərbçiləri Pakistandan təhdid xarakterli məktub daşıyan poçt göyərçini yaxalayıblar. Fevral ayında göyərçin qaçmağa cəhd etsə də, onu yaxalayaraq, yenidən qəfəsə salıblar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.