Maraqlı

Təyyarə qəzasının gizlini - Ekstrasens "ölüm xəbərdarlığı" aldı - FOTO

14 Fevral 2018 17:10
2 Şərh     Baxış: 3 776

Rusiyanın "Saratovskie Avialinii" avaişirkətinin Moskva vilayətində qəzaya uğramış An-148 təyyarəsinin səirnişinləri arasında 33 yaşlı ekstrasens İlya Stavitski də vardı.

Milli.Az European-a istinadən bildirir ki, Qaysk dağ-mədən kombinatının direktoru Gennadi Stavskinin oğlu olan İ.Stavski əvvəllər Ural dağ-mədən kombinatında mühəndis işləyib, sonra isə ekstrasensliklə məşğul olmağa başlayıb.

Uralda məşhur olan ekstrasens uçuşdan bir gün əvvəl evindəki "magiyalı kürə"də başına iş gələcəyi barədə xəbərdarlıq görübmüş.

"İlya narahat oldu. O, "kürə mənə çöllükdə çoxlu polis göstərir" dedi. Amma kürənin xəbərdarlığını İlya yanlış anladı, ad günündə problem yarana biləcəyini düşündü. Dedi ki, ad günün sakit, səs-küysüz keçirəcək. Halbuki kürə ona təyyarə qəzası ilə bağlı xəbərdarlıq edibmiş. Qəza yerinə getmişdim. Orada, həqiqətən də, çoxlu polis vardı", - İlya Stavitskinin nişanlısı söyləyib.

Xatırladaq ki, fevralın 11-də An-148 təyyarəsi Moskvadakı Domodedovo hava limanından səmaya qalxandan 36 dəqiqə sonra yerə düşüb. Təyyarədəki 65 sərnişin və 6 nəfərlik heyətin hamısı həlak olublar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

2 Şərh:

  • Anonim
    konul · 14 Fevral 17:5240

    bu da falci camaat da nece bunlara inanir (((((

    Cavab yaz
  • Anonim
    Ulya · 14 Fevral 19:1030

    Keçəl carə bilsəydi öz başına qizları. ....Hər şeyi bilən yalnız Allahdır

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.