Maraqlı

Rusiyalı futbolçu pulla burnunu sildi - VİDEO

13 Fevral 2018 23:31
0 Şərh     Baxış: 2 781
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın "Tosno" klubunun futbolçusu Stanislav Manayev azarkeşlərin qəzəbinə tuş gəlib.

Milli.Az "Report"a istinadən bildirir ki, buna səbəb 19 yaşlı yarımmüdafiəçinin komanda ilə birgə uçuş zamanı 5 min manatlıq kağız pulla burnunu silməsi və bu davranışının videosunu "Instagram" səhifəsində paylaşmasıdır.

Eyni zamanda sosial şəbəkə istifadəçiləri Manayevi həmin görüntüyə "Bu pulu ehtiyacı olanlarla verə bilərdim, amma verməyəcəyəm, çünki qripəm" formasında şərh yazmasına görə də qınayıblar. Habelə onun üzr istəməsini tələb ediblər.

Futbolçu isə videonu silib və pulun saxta olduğunu bildirib.

Qeyd edək ki, Manayev "Tosno"nun əsas heyətində oyun keçirməyib. O, əvəzedici komanda ilə 18 qarşılaşmada iştirak edib və 1 qol vurub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Rusiya klubunun futbolçusu kağız pulla burnunu sildiyi üçün qınanıb

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.